Millətlər Liqasının V turunda Fransaya qalib gələn Hollandiya 10 illik həsrətə son qoyub. Matç.az saytı xəbər verir ki, "narıncılar" 2008-ci ildən sonra ilk dəfə "üçrənglilər" üzərində qələbə qazanıb.

2:0 hesabına sevinən Hollandiya bu uğura Rotterdamdakı "De Kuyp" stadionunda imza atıb. Veynaldum və Depayın qolları ilə 3 xal qazanan "Zambaqlar ölkəsi" təmsilçisi A liqasının 1-ci qrupunda Almaniyanın sonuncu olmasını rəsmiləşdirib.

Qeyd edək ki, son turda Almaniyanın qonağı olacaq Hollandiyaya qrup qalibi olmaq üçün heç-heçə də kifayətdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest