17 Noyabr 2018, 13:34
PARİS-2024
Bolqarıstan millisinin futbolçusu Georgi Petkov tarixə düşüb. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının V turunda meydana çıxan oyunçu Avropa futbolu tarixində ən yaşlı qapıçı olub.
Kiprlə 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olan qolkiper 42 yaş 8 ay 2 günlüyündə rəsmi qarşılaşmada iştirak edib. Bununla da Petkov rəsmi xarakter daşıyan matçlarda forma geyinən ən "qoca" avropalı qapıçı adına yiyələnib.
20 il əvvəl yığmada debüt edən Georgi bu müddətdə 19-cu oyununu keçirib. Lakin tığmada veteranın Avropada mütləq rekordçu olmasına hələ çox var. 1995-ci ildə Yunanıstan millisinin yarımmüdafiəçisi Giorgios Kudas 48 yaşında seçmə oyuna çıxıb.