Naxçıvanda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə cüdoçular, məşqçi və hakimlər üçün seminar keçirilib. Seminar federasiya tərəfindən Muxtar Respublikaya ezam olunmuş Azərbaycan Cüdo Federasiyasının rəsmiləri tərəfindən aparılıb. Seminarda cüdonun qaydaları barəsində ətraflı məlumat verilib. Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov cüdonun yeni texnika və qaydalarını həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest