17 Noyabr 2018, 17:00
PARİS-2024
Millətlər Liqasının VI turunda keçiriləcək Kosovo – Azərbaycan oyununa təyinatlar açıqlanıb. Matç.az saytı xəbər verir ki, noyabrın 20-də keçiriləcək görüşü fransalı hakimlər idarə edəcək.
D liqasının III qrupunun oyunun baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək.
Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.
Rusiyalı Aleksandr Qvardis oyunun hakim-inspektoru, italiyalı Antonio Talariko isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.