İtaliyanın "Atalanta" klubu icarə əsasında komandada çıxış edən, müqavilə ilə "Sampdoriya"ya məxsus olan Duvan Sapatanın transfer hüquqlarına sahib olub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı hücumçuyla üç illik müqavilə imzalanıb. "Atalanta" Sapata üçün "Sampdoriya"ya 12 milyon avro ödəyib.
 
Bu mövsüm "Atalanta" ilə 11 oyuna çıxan Sapata, 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest