"Qalatasaray"ın prezidenti Mustafa Cengiz Arda Turanın komandaya qayıtması barədə çıxan söz-söhbətlərə münasibət bildirib. Matc.az xəbər verir ki, klub rəhbəri məşqçilər heyətinin belə bir tələbinin olmadığını bildirib:

"Yanvarın 2-də Fatih Terimlə 4 saatlıq iclas keçirdik. Arda barəsində tək cümləlik bir söhbətimiz olmadı. Bu xəbərlər ancaq sosial şəbəkələrdə dolaşır. Ancaq məşqçilər heyətinin belə bir tələbi yoxdu".

Qeyd edək ki, Arda Turan bir müddət öncə icarə əsasında çıxış etdiyi "Başakşəhər"dən ayrılıb. Təcrübəli oyunçu hazırda klubsuzdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest