"Buraxılan kobud səhvlər qollar buraxmağımıza səbəb oldu. İkinci hissədə daha yaxşı oynasaq da, rəqib layiqli qələbə qazandı"

"Azərbaycan millisini təbrik edirəm". Matç.az saytının məlumatına görə, bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen deyib.

Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin qonağı olan "cırtdan" ölkə təmsilçisi 0:2 hesablı məğlubiyyətə düçar olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Olsen fikrini bu sözlərlə davam etdirib: "Qəbul edirəm ki, rəqib daha güclü idi. Oyunu iki hissəyə bölmək olar. İlk yarıda yaxşı müdafiə olunduq, rəqib ciddi təhlükələr yaratmadı. Sadəcə, buraxılan kobud səhvlər qollar buraxmağımıza səbəb oldu. İkinci hissədə daha yaxşı oynasaq da, rəqib layiqli qələbə qazandı".

- Son turda Kosovo ilə Azərbaycan üz-üzə gələcək. Hansı komandanı birinci pilləyə daha şanslı sayırsınız?
- Maraqlı qarşılaşma olacaq. Evdə oynayacağını nəzərə alsaq, Kosovo güclü çıxış edəcək. Sizə uğurlar arzulayıram. Amma Kosovonu öz meydanında məğlub etmək çox çətindi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest