Albaniya yığması Millətlər Liqasında C Liqasının 1-ci qrupunun V turu çərçivəsində Şotlandiyanı qəbul edib. Matç.az saytının məlumatına görə, oyun qonaqların böyükhesablı qələbəsi ilə nəticələnib.

Şkoderdəki qarşılaşmanın hər hissəsində 2 qol vuran britaniyalılar 4:0 hesablı qələbə sayəsində lider İsraillə xallarının sayını bərabərləşdirib. "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilay isə komandasının darmadağın olduğu görüşü ehtiyat oyunçular skamyasından izləməklə kifayətlənib.

Bu nəticədən sonra qrupu sonuncu pillədə tamamlayan Albaniya D Liqasına yuvarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest