İngiltərə Premyer Liqasının 24-cü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, lider "Liverpul" səfərdə Renat Dadşovun da formasını geyindiyi "Vulverhempton"un qonağı olub.

"Qırmızılar" görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Dadaşov görüşün iştirakçısı olmayıb. O, son məşqləri komanda ilə birgə keçirsə də, bu qarşılaşmada  oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Renat Dadaşov "Vulverhempton"un 23 yaşlılardan ibarət komandasının son yoxlama matçında dubl etmişdi. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest