"Sərgilənən oyun və qazanılan nəticə bizi qürurlandırdı. Bu zəfəri qeyd etdikdən dərhal sonra Azərbaycanla oyuna köklənmək lazımdı. Futbolçularımız evdə keçirəcəyimiz son matça daha ciddi və əzmlə hazırlaşmalıdılar".
"Futbolçularımız mükəmməl çıxış etdilər. Səfərdə 5 cavabsız qol vurmaq asan iş deyil". Matç.az saytı xəbər verir ki, bunu Kosovo Futbol Federasiyasının prezidenti Agim Ademi deyib.
O, Millətlər Liqasının qrup mərhələsində Malta üzərində 5:0 hesablı qələbəni dəyərləndirib. Komandasını təbrik edən Ademi millimizlə son tur görüşünə də toxunub: "Sərgilənən oyun və qazanılan nəticə bizi qürurlandırdı. Bu zəfəri qeyd etdikdən dərhal sonra Azərbaycanla oyuna köklənmək lazımdı. Futbolçularımız evdə keçirəcəyimiz son matça daha ciddi və əzmlə hazırlaşmalıdılar. çünki peşəkarlıq bunu tələb edir. Millətlər Liqasında qrupu birinci pillədə tamamlayıb C Liqasına vəsiqə qazanmaq indi öz əlimizdədi. Azərbaycanla görüşdə azarkeşlərimizi komandanı dəstəkləmək üçün tribunalara dəvət edirəm. çünki oyunçularımız ən çox dəstəyə məhz indi ehtiyac duyurlar".
Qeyd edək ki, Kosovo – Azərbaycan matçı noyabrın 20-də keçiriləcək.