"Bu məğlubiyyətə görə kimisə günahlandırmaq düzgün olmaz. çünki kollektiv şəkildə mübarizə apardıq". Matç.az saytı xəbər verir ki, bunu Farer adaları yığmasının qapıçısı Qunnar Nilsen deyib.
Millətlər Liqasının V turunda millimizin qonağı olan "cırtdan" ölkə təmsilçisi Bakıdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
ölkəsinin mətbuatına açıqlamasında görüşü dəyərləndirən qolkiper birinci hissəni zəif keçirdiklərini etiraf edib: "Komandama kömək olmaq üçün əlimdən gələni etdim. Təbii ki, qol buraxmışamsa, bunun məsuliyyətini üzərimə götürməyə hazıram. Etiraf etməliyəm ki, birinci hissə bir qədər darıxdırıcı alındı. Hücuma çox çıxa bilmirdik. Bu da bizə baha başa gəldi və qollar buraxdıq. Fasilədən sonra hücumlar etməyə çalışsaq da, buraxılan qolların əvəzini çıxa bilmədik".