"Bu yerə qədər mübarizəni davam etdirdiyimiz üçün şadam. Məhz bu oyunda hansı səviyyədə olduğumuzu görəcəyik. Sevinirəm ki, final Priştina şəhərində, doğma azarkeşlərimiz önündə olacaq".
"Oyunboyu yaxşı mübarizə apardıq. Futbolçularımın çıxışından məmnun qaldım". Matç.az saytı xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernad Şalland deyib.
Millətlər Liqasının qrup mərhələsində Maltanın qonağı olan kosovolular 5:0 hesablı qələbə qazanıblar. İsveçrəli mütəxəssis oyunun qırılma nöqtəsi kimi ikinci qolu göstərib: "Malta ikinci hissənin əvvəllərində bizə müəyyən problemlər yaratsa da, ikinci qoldan sonra vəziyyət lehimizə dəyişdi".
Şalland mütəxəssis qrup mərhələsinin son turunda Azərbaycan millisi ilə keçiriləcək matça da toxunub: "Azərbaycanla səfərdəki ilk görüşdən sonra başa düşdüm ki, onlarla son oyunumuz final xarakteri daşıyacaq. Bu yerə qədər mübarizəni davam etdirdiyimiz üçün şadam. Məhz bu oyunda hansı səviyyədə olduğumuzu görəcəyik. Sevinirəm ki, final Priştina şəhərində, doğma azarkeşlərimiz önündə olacaq".
Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.