"Üzərimizə düşəni artıqlaması ilə etdik. Ancaq indi qələbəni qeyd etmək vaxtı deyil. Çünki Azərbaycanla prinsipial oyunumuz olacaq".
"Bu qalibiyyətə görə xoşbəxtəm. Hər zaman demişəm ki, fərdi yox, kollektiv oyun çox vacibdi". Matç.az saytı xəbər verir ki, bu sözlər Kosovo yığmasının hücumçusu Vedat Muriqiyə məxsusdu.
Millətlər Liqasının qrup mərhələsində Maltanı darmadağın edən (5:0) Kosovo noyabrın 20-də son görüşünü Azərbaycan millisinə qarşı keçirəcək. 24 yaşlı forvard yerli mətbuata açıqlamasında daha güclü rəqiblə qarşılaşacaqlarını bildirib: "Bu gün üzərimizə düşəni artıqlaması ilə etdik. Ancaq indi qələbəni qeyd etmək vaxtı deyil. çünki Azərbaycanla prinsipial oyunumuz olacaq. Rəqib çox güclü komandadı. Onlarla matçda daha çox əziyyət çəkməli olacağıq".
Qeyd edək ki, son tur öncəsi lider Kosovonun 11, onun ən yaxın izləyicisi Azərbaycanın isə 9 xalı var.