"Qələbə qazanmağımız sevindiricidi. Buna 2 qolla töhvə verməyin önəmi mənim üçün çox böyükdü". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının hücumçusu Donis Avdiyay deyib.

Millətlər Liqasının qrup mərhələsində Malta ilə səfər qarşılaşmasında dubl edən 22 yaşlı forvard son tura hazır olduqlarını bildirib: "Malta ilə görüşdə 2 qol vurmaq qeyri-adi göstəricidi. Bunu daim mənə dəstək verən atama həsr edirəm. İndi bizi final xarakterli son sınaq gözləyir. Azərbaycana qarşı daha diqqətli olmalıyıq. çünki onlar oyunları ilə rəqibdən bunu tələb edirlər".

Qeyd edək ki, Kosovo – Azərbaycan qarşılaşması noyabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest