18 Noyabr 2018, 15:51
PARİS-2024
Yığmamız buna qədər mayın 29-da Qırğızıstanla yoxlama görüşündə doğma azarkeşləri önündə qələbə sevinci yaşamışdı (3:0).
Millətlər Liqasının qrup mərhələsində Farer adalarını qəbul edən Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb. Matç.az saytının məlumatına görə, komandamız bununla tilsimi qırıb.
Belə ki, Qurban Qurbanovun yetirmələri evdə qələbəsiz oyunlar seriyasına son qoyub. Yığmamız buna qədər mayın 29-da Qırğızıstanla yoxlama görüşündə doğma azarkeşləri önündə qələbə sevinci yaşamışdı (3:0). Ondan sonra Kosovo (0:0) və Malta (1:1) ilə bərabərə qalan seçməmiz 5 ay yarımdan - 172 gündən sonra Farer adalarına qalib gəlməyi bacarıb.
Bu, həm də millimizin 2018-ci ildə qazandığı ikinci qələbə olub.