Azərbaycan millisinin kapitanı Kamran Ağayev düşərgədən kənarlaşdırılıb. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb qolkiperin zədələnməsidi.

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Farer adaları ilə (2:0) qarşılaşmada xəsarət alan qapıçı fasilədən sonra əvəzlənməli olmuşdu. Tibbi müayinədən sonra onun durumunun ciddi olduğu müəyyənləşib. Qrup mərhələsində Kosovo ilə səfər görüşünə isə Ağayevin əvəzinə "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev aparılıb.

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest