"Yığmada debüt etmək gözəl hissdi. Ancaq nəticəyə üzüldüyümü deməliyəm". Matç.az saytı xəbər verir ki, bunu Farer adalarının hücumçusu Yakub Tomsen deyib.

İlk dəfə yığmasına dəvət edilən gənc forvard Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub. Debütant yenilgiyə baxmayaraq, yaxşı oynadıqlarını düşünür: "Birinci hissədə buraxdığımız səhvlər məğlubiyyətimizə səbəb oldu. 0:2 hesabını çevirmək asan deyildi. İkinci hissədə bunun üçün bəzi cəhdlər etdik. ümumilikdə komandamın yaxşı təsir bağışladığını deyə bilərəm. Yığmaya bundan sonra daha çox xeyir verməyə çalışacam. Millətlər Liqasını ən azından qələbə ilə başa vurmaq istəyirik. Fikrimcə, Malta bu baxımdan münasib rəqibdi".

Qeyd edək ki, Malta – Farer adaları görüşü noyabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest