"Komanda uzun müddət bir arada hazırlıq keçə bilmir ki, bu da nəticələrimizə təsir edir". Matç.az saytı xəbər verir ki, bunu Farer adaları yığmasının yarımmüdafiəçisi Brandur Hendriksson deyib.

Millətlər Liqasında qrup mərhələsinin V turunda Azərbaycan millisinin qonağı olan farerlilər 0:2 hesabı ilə məğlub olublar.

23 yaşlı forvard ilk hissəni zəif keçirdiklərini etiraf edib: "Birinci hissədəyə nəzər yetirsək, bu cür oyun qəbuledilməzdi. çünki 45 dəqiqə ərzində normal paslaşa, hücuma çıxa bilmirdik. Rəqibin pressinqinə cavab verə bilməməyimiz ardıcıl iki qol buraxmağımıza səbəb oldu. İkinci hissədə nisbətən boşluqlar tapa bilirdik. ümumilikdə oyun göstərdi ki, komandada problemlər çoxdu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest