18 Noyabr 2018, 23:22
DÖYÜŞ NÖVLƏRİ
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb. Matç.az saytının məlumatına görə, yarışın 7-ci – sonuncu günündə Azərbaycan millisi daha iki medal qazanıb.
86 kq çəkidə Murad Süleymanov bürünc medal uğrunda mübarizə aparıb və rəqibinə qalib gələrək, 3-cü yeri tutub.
92 kq-da isə təmsilçimiz Şamil Zubairov final görüşünə çıxıb. Rusiyalı rəqibinə qalib gələn pəhləvanımız dünya çempionu olub.
Beləliklə, yığmamız dünya çempionatını 1 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.