Fransanın PSJ klubu itkiylə üzləşib. Matc.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Kolin Daqba sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Fransa kubokunun "Pau" ilə matçında (2:0) zədələnən Daqba, 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
2018-ci ilin yayından PSJ-nin əsas komandasında çıxış edən 21 yaşlı müdafiəçi bu mövsüm 15 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest