"Səbail" və "Zirə"nin futbolçuları Yevgeni Koçukla Aleksandr Dedovun şərəfini qoruduğu Moldova millisi Millətlər Liqasında son oyununu keçirib. Matç.az saytının məlumatına görə, moldovalılar "Zimbru" stadionunda Lüksemburqu qəbul edib.

1:1 hesabı ilə başa çatan qarşılaşmaya Topaz Premyer Liqasının hər iki iştirakçısı ehtiyatdan başlayıb. Baş məşqçi Aleksandr Spiridon yalnız son 8 dəqiqədə Dedova şans verib.

Bu nəticədən sonra Moldova 9 xalla qrup mərhələsini 3-cü pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest