"Müdafiə olunmaqda pis təsir bağışlamadıq. Azərbaycana görüş ərzində cəmi 1 qol imkanı verdik. Hücum planında isə daha yaxşı ola bilərik".

"Oyundan, qələbədən və futbolçuların matça olan münasibətindən məmnun qaldım". Matç.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının baş məşqçisi Vinko Marinoviç deyib.

Bosniyalılar dünən azərbaycanlı həmyaşıdları ilə yoxlama görüşündə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıblar.

Oyunla bağlı yerli mətbuata danışan Marinoviç çatışmazlıqlarının olduğunu da gizlətməyib: "Nələr planlaşdırmışdıqsa, meydanda hamısını yerinə yetirdik. Mənim üçün ən vacib məqam budu. Müdafiə olunmaqda pis təsir bağışlamadıq. Azərbaycana görüş ərzində cəmi 1 qol imkanı verdik. Hücum planında isə daha yaxşı ola bilərik. Uşaqlar bu baxımdan özlərini toparlamalıdılar. Yeni komanda formalaşdırırıq. Azərbaycanla qarşılaşmada uşaqların hansı durumda olduqlarını, kimin nəyə qadir olduğunu gördük. Futbolçular indi klublarında çıxış etməkdə davam edəcəklər. Biz isə onları müntəzəm izləyəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest