Millimiz sonuncu dəfə iyunun 5-də Astanada Qazaxıstana qarşı keçirdiyi yoxlama görüşündə uduzub. 0:3 hesablı darmadağından sonra komandamız məğlubiyyət nə olduğunu bilmir.

Azərbaycan millisi 26 illik tarixinin yeni rekorduna imza ata bilər. Matç.az saytı xəbər verir ki, bunun üçün Qurban Qurbanovun yetirmələri Kosovo ilə qarşılaşmada uduzmamalıdı.

Yığmamız Millətlər Liqasının VI turunun səfər oyununda xal qazansa, məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdıracaq. Bu da 1992-ci ildə yaradılan komandanın tarixində yeni rekord kimi yadda qalacaq.

Millimiz sonuncu dəfə iyunun 5-də Astanada Qazaxıstana qarşı keçirdiyi yoxlama görüşündə uduzub. 0:3 hesablı darmadağından sonra komandamız məğlubiyyət nə olduğunu bilmir.

Yoldaşlıq oyununda Latviyanı 3:1 hesabı ilə yenən yığma Millətlər Liqasında da uduzmayıb. Farer adaları üzərində 2 qələbə (3:0, 2:0), Malta (1:1, 1:1) və Kosovo (0:0) ilə heç-heçələr məğlubiyyətsizlik seriyasını 6-ya çardırıb.

Bu seriya Azərbaycan futbol tarixində millinin ən uzun məğlubiyyətsizliyidi. 3-cü dəfə təsadüf edilən belə nəticə rekordun təkrarıdı.

Komandamız ilk dəfə 1998-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ardıcıl 6 matçı yenilmədən keçirib. 2013-cü ildə həmin rekordu Berti Foqsun baş məşqçiliyi dövründə təkrarlayan millimiz bu dəfə yeni nailiyyəti rəsmiləşdirə bilər. 7-ci məğlubiyyətsiz oyun yeni rekord kimi tarixə düşəcək.

Qeyd edək ki, yığmamız Priştinadakı görüşdə uduzmasa, tarixində ilk dəfə qatıldığı rəsmi turniri məğlubiyyətsiz başa vuracaq. 5 oyundan sonra millinin hesabında 2 qələbə və 3 heç-heçə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest