çexiyanın "Sparta" klubunun futbolçusu Vatslav Kadleç karyerasını başa vurub.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu dizindəki zədə səbəbilə sabah növbəti əməliyyatını keçirəcək.
 
Futbolçu, bir neçə gün əvvəl zədə ucbatından peşəkar karyerasını davam etdirə bilmədiyini kluba bildirərək, karyerasını bitirdiyini açıqlayıb.
 
Klub futbolçu ilə müqavilənin davam edəcəyini, eyni zamanda əməliyyatdan sonra sağalma prosesində Kadleçə kömək edəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest