Millətlər Liqasının əsas mərhələsindən sonra turnirin statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, D liqasının III qrupunda çıxış edən Azərbaycan millisinin iki futbolçusu da ən yaxşılar arasındadı.

6 oyunda 454 ötürmə verən Riçard Almeyda pas sayında Millətlər Liqasında 1-ci yerdədi. Bütün Avropanı arxada qoyan yarımmüdafiəçinin izləyiciləri arasında daha bir komanda yoldaşı var. 427 ötürmə verən Qara Qarayev 5-ci sırada qərarlaşıb.

Ən çox seyv edən qapıçı san-marinolu Elia Benedittinidi. O, D liqasının oyunlarında 41 zərbəni dəf edib.

Bombardirlər siyahısına isə serbiyalı Aleksandar Mitroviç başçılıq edir. Onun hesabında 6 qol var. Məhsuldar ötürmələrdə isə ispaniyalı Marko Asensio öndədi – 5 assist.

Qeyd edək ki, bəzi göstəricilərdə aşağı liqa təmsilçilərinin öndə qərarlaşması təsadüfi deyil. Bu, C və D liqalarının komandalarının həm daha çox oyun keçirməsi, həm də rəqiblərinin aşağı səviyyəli olması ilə bağlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest