"Möhtəşəm, qeyri-adi hadisədi. İstədiyimiz hər şeyi meydanda etdik". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının hücumçusu Vedat Muriqi deyib.

24 yaşlı forvard Millətlər Liqasında Azərbaycan üzərində qazanılan 4:0 hesablı qələbəni dəyərləndirib.

"çaykur Rizəspor"un üzvü yerli mətbuata açıqlamasında D Liqasının qalibi olacaqlarına inandığını söyləyib: "2020-ci ildə keçiriləcək pley-off oyunlarını səbirsizliklə gözləyirik. ümid edirəm ki, yarımfinalı da arxada qoyacaq və Avropa çempionatına vəsiqə qazanacağıq. Artıq güclü komanda kimi formalaşmışıq. ümid edirəm ki, azarkeşlərimizi qarşıdakı matçlarda da sevindirəcəyik".

Qeyd edək ki, Kosovo Millətlər Liqasının yarımfinalında Makedoniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest