Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatı başa çatıb. Matç.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, yarışın son günü kişilərdə 4, qadınlarda da 4 çəki dərəcəsində qalib və mükafatçılar məlum olub.

Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (-100 kq), Nuranə Muradova (-78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub.

Komanda hesabında ilk üç yeri tutan - "Neftçi", "Dinamo" və "Cüdo 2012" klublarının baş məşqçilərinə kuboklar, diplomlar verilib. Respublika çempionatının gedişini izləmək və yarışların daha peşəkar səviyyədə keçməsi üçün ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin başçısı Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur, Frank Oçko tərəfindən birinciliyin ən yaxşı 3 hakimi müəyyənləşdirilərək onlara mükafatlar təqdim olunub.

çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən, məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest