Gürcüstan çempionatının ilk turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtredia" səfərdə "Lokomotiv"lə (Tbilisi) qarşılaşıb.
Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə sona çatıb. Nicat da oyunun iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Samtredia" klubu bu il əsas liqaya vəsiqə qazanıb.