Noyabrın 24-25-də çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə "Əhməd Kadırov" turniri keçiriləcək. Matç.az saytının məlumatına görə, ənənəvi yarışda ölkəmizi 12 idmançı təmsil edəcək.
Belə ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında turnirə İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborov (125 kq) yollanıblar.
Sözügedən yarışda Hacımurad Hacıyev və Aslanbek Alborov yuxarı çəkidə qüvvəsini sınayacaq.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə yarışda ədaləti qoruyacaq.