"Mançester Yunayted" yarımmüdafiəçi Pol Poqbanın qiymətini azaltmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi oyunçunu əldən çıxarmaqda qərarlıdır. Bunun üçün əvvəlcədən təyin olunan qiymətdə endirimə gediləcək. Poqbanın klubla müqaviləsində 190 milyon avro qarşılığında sərbəst qalacağı bildirilir. Ancaq "qırmızı şeytanlar" bu rəqəmi 85 milyon avroya endirib.

Mətbuat fransalının da klubu tərk etmək istədiyini yazır. Onun karyerasını "Yuventus"da davam etdirəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest