Qazaxıstan Premyer Liqasında mübarizə aparan "Kaspi" klubu futbolçulara məvacibin verilməsini dayandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Kazfootball" nəşri məlumat yayıb.
 
Bildirilir ki, koronavirus pandemiyası səbəbiylə çempionat dayandırıldığı üçün futbolçuların müqavilələri müvəqqəti olaraq dondurulub. Klubun futbolçulara rəsmi məktub göndərdiyi və vəziyyət düzələnədək məvacib almayacaqlarını bildirdiyi deyilir.
 
Qazaxıstan çempionatında mövsümdə iki tur keçirilib. ölkədəki bütün turnirlər aprelin 15-dək dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest