Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçuları maaşlarının bir hissəsindən imtina ediblər. Matc.az xəbər verir ki, oyunçular koronavirus səbəbindən kluba dəyən maddi zərəri azaltmaq üçün bu addımı atıblar.
 
Məlumatı Bundesliqa təmsilçisinin idman direktoru Maks Eberl təsdiqləyib. O, klub televiziyasına açıqlamasında bunları söyləyib: 
 
"Uşaqlarla fəxr edirəm. Almaniyada ilk klubuq ki, futbolçular maaşların azaldılmasına razılıq veriblər".
 
Eberl onu da bildirib ki, klubda çalışan məşqçilər də eyni addımı atmağa hazırlaşırlar.
 
Bildirilir ki, bunun sayəsində klub təxminən 1 milyon avro qənaət edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest