Məlumata görə, UEFA belə bir vəziyyətdə komandaların yoxlanışa hazır olmadığını düşünür. Əgər indi "feyr-pley" qaydaları tətbiq edilsə, bir çox klubun ədalətsiz cəzalanma ehtimalı olacağı vurğulanıb

UEFA cari mövsümdə maliyyə "feyr-pley" ilə bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qrum bu il üçün yoxlanışın dayandırıldığını bildirib

Məlumata görə, UEFA belə bir vəziyyətdə komandaların yoxlanışa hazır olmadığını düşünür. Əgər indi "feyr-pley" qaydaları tətbiq edilsə, bir çox klubun ədalətsiz cəzalanma ehtimalı olacağı vurğulanıb. çünki koronavirus epidemiyası üzündən liqaların dayanması komandalara ciddi maddi ziyan vurub. Buna görə də UEFA bu mövsüm üçün yoxlanışları dayandırıb.

Qeyd edək ki, sözügedən qayda 2020-2021 mövsümündə avrokuboklarda iştirak edəcək klublara tətbiq ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest