"Real Sosyedad" bu gün məşqləri bərpa edəcəyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabından paylaşım edilib.

Məlumata görə, hazırlıqda oyunçular arasında ara məsafəsi qorunacaq. 3 futbolçudan ibarət qruplar halında keçiriləcək məşqlər həkimlərin nəzarətində olacaq. San Sebastian təmsilçisi çempionatda məşqlərə başlayan yeganə komandadır.

Qeyd edək ki, La Liqa prezidenti Xavyer Tebas mövsümün mayın 28-də bərpa edilə biləcəyini açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest