Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb. Matç.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.
Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaqlar.
"23-lük"dən yalnız 5 nəfər karyerasını ölkə xaricində davam etdirir ki, bunlar Pavel Paşayev, Riçard Almeyda, Dmitri Nazarov, Ramil Şeydayev və Rüfət Dadaşovdu.
Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Maksim Medvedov, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna)
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana", Qazaxıstan), Dmitri Nazarov ("Aue", Almaniya)
Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Ruslan Qurbanov ("Səbail").