İtaliya yığmasının və "Roma"nın sabiq yarımmüdafiəçisi Françesko Totti oğlu Kristianı "canavarlar"ın əzəli rəqibi sayılan "Latsio"ya göndərəcəyinə dair xəbərlərə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, "Roma"nın indiki rəhbərliyindən narazı olduğu üçün klubdakı vəzifəsindən istefa verən, o vaxtdan bəri "sarı-qırmızılar"ın düşərgəsinə belə baş çəkməyən sabiq futbolçu, oğlunun "Latsio"ya keçmək ehtimalından danışıb.
 
Alessandro Del Pyero ilə birgə "İnstaqram"da canlı söhbət zamanı, o, bu məsələyə belə aydınlıq gətirib:
 
"Kristian "Latsio"ya getsə, buna qarşı olmayacağımı demişəm? Bu, doğru deyil. Mən, onun meneceri olacağım halda, "Yuventus", "Milan", "Latsio" kimi klublar məni arasa, cavab verəcəyimi söyləmişəm. Kristian da mənim kimidi. O da mənim kimi, başqa təkliflərə "yox" deyərdi. Oğlumu "Latsio"ya göndərəcək qədər axmaq deyiləm. Doğrudan da bunu edəcəyimi düşünürsüz?"
 
Qeyd edək ki, Tottinin böyük oğlu olan Kristian hazırda məhz "Roma"nın aşağı yaş qrupları üzrə komandalarında oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest