"Yuventus"un hücumçusu Paulo Dibalanın koronavirus tetsi növbəti dəfə pozitiv çıxıb. Matc.az xəbər verir ki, martın 21-də koronavirus simptomları aşkarlanan Dibala 6 həftə ərzində 4-cü dəfə testdən keçirilib.

İlk 3 testdəki kimi, bu dəfə də nəticə müsbət oldub. Bu səbəbdən də ulduz futbolçunun karantin müddəti uzadılıb.

Qeyd edək ki, "Yuventus"un digər futbolçuları Daniele Ruqani, Blez Matuidi də koronavirus infeksiyasına yoluxmuşdular.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest