20 Dekabr 2025, 11:00
FUTBOL
"Qalatasaray" "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte ilə danışıqlar aparıb.
Matc.az xəbər verir ki, Türkiyə nəhəngi həmçinin ingilis klubu ilə də əlaqə saxlayıb.
"Qalatasaray" 24 yaşlı futbolçu üçün "qırmızı şeytanlar"a sərfəli təklif verib, lakin bu, hələ rəsmi olaraq təsdiqlənməyib.
Qeyd edək ki, Uqarte bu mövsüm bütün yarışlarda 11 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 30 milyon avrodur.












