"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi Kənan Yıldızı transfer etmək üçün 100 milyon avro (88 milyon funt-sterlinq) təklif edərək rəqiblərini qabaqlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.

Hər iki tərəf bir neçə dəfə danışıqlar aparsa da, yekun razılığa gələ bilməyib.

20 yaşlı Yıldız "Yuventus"la hələ də yeni müqavilə imzalamadığı üçün İngiltərə Premyer Liqası klublarının hədəfinə çevrilib. Türk futbolçu ilə "Arsenal" da yaxından maraqlanır.

Əgər Kənan Yıldızın "Arsenal"a keçid baş tutarsa, türk oyunçu 10 nömrəli formanı geyinərək sol hücum yarımmüdafiəçisi mövqeyi üçün Mateus Kunya ilə rəqabət aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest