"Real" "Borussiya"nın hücumçusu Erlinq Holandın transferində israrlıdır. Matc.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu norveçli futbolçunu heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, baş məşqçi Zinəddin Zidan Holandın alınmasını tələb edib. "Real" əvvəlcə PSJ-nin forvardı Kilian Mbappeni almaq istəsə də, Paris klubu oyunçunu buraxmır. Bu səbəbdən də diqqətlər Holanda çevrilib.

19 yaşlı hücumçunun gələcək karyerası ilə bağlı qərar vermədiyi bildirilir. Yanvarda Dortmund təmsilçisinə transfer olunan futbolçunun mövsüm sonunda komandadan ayrılma ehtimalının yüksək olduğu vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest