FİFA dünya futbol təqviminin ümumi prinsipinin dəyişdirilmə məsələsini nəzərdən keçirir.
 
Matc.az xəbər verir ki, bunu FİFA-nın vitse-prezidenti Viktor Montalyani açıqlayıb.
 
O, İtaliya mətbuatına açıqlamasında ali futbol qurumunun koronavirus pandemiyası ilə əlaqədar belə addıma məcbur olduğunu bildirib:
 
"Hazırda futbol mövsümünün dayandırılması və ya bərpası ilə bağlı qərarı dövlət orqanları verir. Dövlətin futbolun işlərinə müdaxiləsini qətiyyən qəbul etməyən FİFA isə bununla bağlı mübahisə etmir. çünki məcburi müvəqqəti tədbirdi. Amma tətbiq oluna biləcək digər dəyişikliklər də var. Məsələn, ənənəvi payız-yaz sxeminin əvəzinə illik təqvimdən, yəni, yaz-payız sistemindən istifadə oluna bilər. Dç-2022-nin Qətərdə noyabr-dekabrda keçiriləcəyini nəzərə alaraq, bu sistemi daimi əsasa çevirmək üzərində düşünmək olar. Məsələn, CONCACAF-a daxil olan Şimali Amerika ölkələrində mövsüm təqvim ili ərzində keçirilir və bu da heç bir çətinlik törətmir. Avropa, Afrika və digər qitələr üçün də problem olacağını düşünmürəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest