"Yüksək səviyyədə futbol oynamaq lazım olduqda bunu etdik. Səfərdə Azərbaycan və Slovakiyaya qarşı yaxşı çıxış etdik"

Uels yığmasının baş məşqçisi Rayan Giqqz yerli mətbuata açıqlama verib. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının AVRO-2020-nin seçmə mərhələsindəki çıxışına da münasibət bildirib:

"Yüksək səviyyədə futbol oynamaq lazım olduqda bunu etdik. Səfərdə Azərbaycan və Slovakiyaya qarşı yaxşı çıxış etdik. Fiziki cəhətdən güclənmək və uğurlu nəticə qazanmaq lazım olduqda bunu bacardılar – evdə Xorvatiya və Macarıstana qarşı. Onlar bunu edəcəklərinə inandılar, nəticədə reallaşdırdılar".

Qeyd edək ki, Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda çıxış edən Uels ikinci yeri tutaraq AVRO-2020-nin final mərhələsinə adlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest