Meksika Futbol Federasiyasının sabiq baş katibi Gullermo Kantu milli komandanın başına Yurgen Kloppu gətirmək istədiklərini açıqlayıb. Matc.az xəbər verir ki, o, 2015-ci ildə almaniyalı mütəxəssislə təmasa keçdiklərini bildirib.

Federasiyanın sabiq rəsmisi Kloppla çalışmaq istəsələr də, onun bunu qəbul etmədiyini vurğulayıb. O bildirib ki, təcrübəli çalışdırıcı İngiltərədə işləmək istədiyi üçün Meksikaya gəlməkdən imtina edib.

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest