Kişi boksçular arasında Azərbaycan çempionatında III günün döyüşləri başa çatıb. Matç.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 28 komandanın 138 idmançısının qatıldığı yarışda bu gün 20 qarşılaşma keçirilib.

Bununla da 1/8 final mərhələsi yekunlaşıb. Belə ki, 60 kq və 64 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.

69 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəlib ki, mükafatları təmin 4 boksçu bəlli olub.

Milli üzvlərindən Cavid çələbiyev (60 kq), Elvin İsayev (64 kq) və Lorenzo Sotomayor (69 kq) debütdə çətinliklə üzləşməyiblər.
Sabah – çempionatın IV günündə isə 18 görüş olacaq. Bakı Boks Mərkəzində keçiriləcək döyüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı
III gün
60 kq, 1/8 final 

Cavid çələbiyev ("Qəbələ" İK) – Əlvan Məmmədov ("Gömrükçü" İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Ramiz Məmmədov (BFL) – Cəbi İsayev (Naxçıvan) – ikinci diskvalifikasiya olunub
Nəbi İsgəndərov (DİN İK) – Samir Muradov (Sumqayıt) – tam üstünlüklə qələbə qazanıb
Tural Əhmədov ("Gömrükçü") – Sərxan Qurbanzadə ("Qızıl əlcək") – 1:4
Ruslan Rüstəmov (BFL) – Əfsəddin Əlizadə ("Kür" İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Orxan Həsənov ("Sədərək" İK) – Cavid Əhədzadə ("Gömrükçü" İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Sərxan Əliyev ("Sədərək" İK) – Kənan Kazımov ("Gömrükçü" İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Vüsal Verdiyev ("Qəbələ" İK) – Malik Həsənov (DİN İK) – 5:0

64 kq,1/8 final 
Elvin İsayev ("Gömrükçü" İK) – Elməddin İsmayılov (MOİK) – 5:0
Mirhüseyn Nəsirzadə ("Orion" İK) – İbrahim Cəfərzadə (Naxçıvan) – 0:5
Hacımurad Qomarov (Balakən) – Ağarəhim Ağakərimov (Qusar) – birinci tam üstünlüklə qələbə qazanıb
Niyaməddin Allahverdiyev (DİN İK) – Pərvin Heydərov ("Qızıl əlcək" İK) – 0:4
Bəxtiyar Qazıbəyov (BFL) – Xanbala Qurbanov ("Kür" İK) – 5:0
Saleh Məmmədov (MOİK) – Seymur İsayev ("Gömrükçü" İK) – 0:5
Rəsul Əsgərov ("Qızıl əlcək" İK) – Elvin Qarayev ("Neftçi" İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Şamil Həbibov (BFL) – Elnur Əliyev (DİN İK) – birinci tam üstünlüklə qələbə qazanıb

69 kq, 1/4 final
Lorenzo Sotomayor ("Qəbələ" İK) – Samir İbrahimov (Şəmkir) – 5:0
Səbuhi Abışov (MOİK) – Elnur Süleymanov ("Sədərək" İK) – 0:5
Kamran Qəhrəmanov (DİN İK) – Nicat Həsənov ("Qızıl əlcək" İK) – 0:3
Xəyyam Məmmədov ("Orion" İK) – Hidayət Musayev (BFL) – 2:3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest