Futbol üzrə çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Lisen"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 35-ci dəqiqəqə Nəbiyev vurub. Bununla da o, sözügedən çempionatda ilk rəsmi qoluna imza atıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
 
"Viktoriya" hazırda 38 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest