Dekabrın 1-2-də Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə "Alrosa" Kuboku keçiriləcək. Matç.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, "Dinamo" İdman Sarayında təşkil olunacaq turnir olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət komanda yarışıdı.

Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda mübarizə aparacaq. Rəqiblər Rusiya, İran, Gürcüstan və özbəkistan komandaları olacaq.

Yunan-Roma güləşi üzrə yığmamızın heyətində isə Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıb. Onlar məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edəcək. Rəqiblər Rusiya, özbəkistan və Gürcüstandı.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi I dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest