Rusiyanın "Rostov" klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Sport-Ekspress" nəşri infeksiyaya yoluxanların Roman Yeryomenko, Dennis Hadzikaduniç, Xoren Bayramyan, Matias Normann, İvelin Popov və Arseniy Loqaşov olduğunu yazıb.
 
Premyer Liqa təmsilçisi virus aşkarlanan futbolçuların hər birinin əsas heyət üzvü olduğunu və buna görə də onlarla təmasda olan daha 42 nəfərin iki həftəlik karantinə alındığını açıqlayıb.
 
Qeyd edək ki, Rusiya Premyer Liqasının iyunun 19-da bərpa ediləcək. "Rostov"un həmin gün "Soçi" ilə səfər oyunu var. Lakin bu oyun təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest