Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi "Bavariya" "Bayer"lə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, "Bavariya" bu mövsümü "qızıl dubl"la bitirib.
 
Qeyd edək ki, bu, "Bavariya"nın tarixində 20-ci belə uğurdu. Münhen təmsilçisi kubok sayında rekordçudu. Almaniya kubokunda bu komandadan sonra ən çox uğura imza atan "Verder"di – 6 dəfə.
 
Almaniya kuboku
Final
4 iyul
 
Bayer – Bavariya 2:4
Qol: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest