Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Lider "Başakşəhər" bu turda səfərdə "Antalyaspor"un qonağı olub və inamlı qələbəyə sevinib. "Fənərbaxça" isə İzmirin "Göztəpə" klubunu qəbul edib və çətinliklə də olsa, qalib gəlib. 
 
"Yeni Malatyaspor" – "Gənclərbirliyi" matçında qapılara qol vurulmayıbsa, səfərdə "Ankaragücü" ilə qarşılaşan "Alanyaspor" darmadağına sevinib.
 
Türkiyə Super Liqası
30-cu tur
3 iyul
 
Dənizlispor – Qaziantep 0:1
Qol: G.Vural, 24.
 
4 iyul
 
Ankaragücü – Alanyaspor 1:4
Qol: Rivas, 82 – Sisse, 64. O.Bulut, 66. Bakasetas, 78-pen. Fernandes, 90.
 
Yeni Malatyaspor – Gənclərbirliyi 0:0
 
Antalyaspor – Başakşəhər 0:2
Qol: D.Ba, 71. Elia, 90+7.
 
Fənərbaxça – Göztəpə 2:1
Qol: F.Kadıoğlu, 25; 45+2 – S.Aydoğdu, 66.
 
5 iyul
 
19:30 Kasımpaşa – Sivasspor
22:00 Qalatasaray – Trabzonspor
22:00 Konyaspor – Rizəspor
 
6 iyul
 
22:00 Kayserispor – Beşiktaş

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest