"Atletiko" İspaniya La Liqasının 35-ci turunda "Selta" ilə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən səfər matçında Joao Feliksin köməyindən istifadə edə bilməyəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. La Liqanın 34-cü turunun "Malyorka" ilə matçında (3:0) zədələnən portuqaliyalı hücumçu, "Selta"yla görüşü buraxacaq.
 
"Selta" – "Atletiko" matçı sabah, saat 00:00-da start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest